Tezadlar.az-ın BELTA-ya istinadən verdiyi xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna istənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır və Belarusun hüquq-mühafizə orqanları Belarus dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir.
"Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna istənilən bəhanə ilə çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları son vaxtlar Polşaya raket hücumları təsdiqləyir. ərazidir”, - Lukaşenko cümə axşamı blokla görüşündə deyib.
Eyni zamanda prezident qeyd edib ki, Belarus potensial rəqibini ölkəyə qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilir. "İndiyə qədər biz potensial rəqibin Belarusa qarşı hərbi güc tətbiq etməsinin qarşısını ala bilmişik", - Lukaşenka bildirib.
E.ŞİRİNOV