Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Vladimir Putinlə Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə etməyə hazırlaşır.
Ukraynada dinc atomla bağlı vəziyyətin müzakirəsi ilə bağlı bəyanat Fransa lideri ilə MAQATE direktoru arasında söhbətdən sonra verilib. Makron daha sonra jurnalistlərə bu niyyətini təsdiqləyib.
Xatırladaq ki, dekabrın 2-də MAQATE ZAES üzrə sazişə qaçılmaz yanaşmanın olduğunu elan etmişdi. Avropanın ən böyük atom elektrik stansiyası Moskvanın nəzarəti altındadır və vaxtaşırı Ukrayna Silahlı Qüvvələrinin artilleriyasının hədəfinə çevrilir. Belə ki, sonuncu atəş zamanı döyüş başlıqları stansiyanın xüsusi korpusuna ziyan vurub.
E.ŞİRİNOV