Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.
İdarədən verilən açıqlamada deyilir ki, həftəsonu dağlıq ərazilərə qar yağması ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib. Hazırda BDYPİ tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Sitat: "Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - açıqlamada bildirilir.
Tezadlar.az BDYPİ-yə istinadla xatırladır ki, artıq bu gecədən nəqliyyatın hərəkəti tam bərpa olunub.
Soyuq və qarlı havalar isə həftəsonunadək davam edəcək... Odur ki, sürücülərin dağlıq ərazilərə səfərləri zamanı son dərəcə ehtiyatlı olmaları tövsiyyə olunur.
A.Məmmədli