Ötən gün Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb.

Tezadlar CNN-ə istinadla bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat yayıb. Lyayenin sözlərinə görə, paketdə əsas anti-Rusiya sanksiyaları var. İlk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib. Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar, siyasi partiyalar və s. var. Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib, xüsusilə ikili təyinatlı mallara yeni ixrac nəzarəti və məhdudiyyətlər var. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir.

Daha sonra dron mühərriklərinin birbaşa Rusiyaya ixracına və bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrə, məsələn, İrana ixracına qadağa qoyulacaq. Bütün bunlar isə o deməkdir ki, Rusiya yaxın dövr ərzində çətin sınaqkar qarşısında qalacaq. Eləcə də dünən NATO Rusiyanın müharibəni dondurub yeni hücumlara hazırlaşması barədə xəbərdarlıq edib...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN