Birləşmiş Millətlər Təşkilatı İranda baş qaldırmış etirazlar zamanı həbs edilən gəncin asılaraq qətlə yetirilməsinə etirazını bildirib.

BMT-nin yaydığı açıqlamada da qeyd olunub ki, İran rəsmiləri 23 yaşlı iranlı gənc və 12 nəfərə verilən edam hökmünü təsdiqləyib.

BMT ekspertləri baş tutmuş edamı pisləyərək İranı ölüm cəzasını ləğv etmək üçün moratorium qoymağa çağırıblar.

Avropa İttifaqı (Aİ) da etirazlar zamanı həbs edilən şəxsin edam edilməsini pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.

***

Qeyd edək ki, ötən gün İranda baş vermiş etirazlar zamanı həbs edilmiş 23 yaşlı Möhsün Şəkəri asılaraq edam edilib.

Həmin şəxs  “qiyamda”, Tehranda əsas yolu bağlamaqda və “Bəsic” müqavimət qüvvələrinin üzvünə pala ilə hücum etməkdə ittiham edilib.

Noyabrın 1-də məhkəmə Şəkərini “öldürmək, terror törətmək və cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaq məqsədi ilə” dava etməkdə, silah çəkməkdə və “Allaha qarşı düşmənçilikdə” təqsirli bilib.

İctimai fəal bildirib ki, o, "heç bir qanuni proses olmadan nümayiş etdirilən məhkəmə"dən sonra məhkum edilib.

İndiyədək məhkəmə orqanları etirazlarla bağlı daha 10 nəfərin İnqilab məhkəmələri tərəfindən "Allaha qarşı düşmənçilik" və ya "Yer üzündə korrupsiya" ittihamı ilə ölüm cəzasına məhkum edildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını  “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Ölüm günü, sentyabrın 16-da İranda bu günə qədər davam edən və onlarla şəhəri əhatə edən ilk etirazlar başladı.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN