Proloq
"Qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanə-lərində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq mümkün deyildir. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə çatdırılır. Yaradılış dastanında Tanrıya dünyanı və insanları yaratması üçün fikir və ilham verən "Ağ Ana" adında bir qadındır. Oğuz kağanın ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə mübarək bir ağacdan doğmuş qeyri-adi varlıqlardır."
"Ən qədim türk inancına görə, «Xan və Xaqan» göy ilə yerin övladlarıdır. Qadın burada göyün 7-ci qatındadır. Qadına belə bir müqəddəs varlıq kimi yanaşılan cəmiyyətdə qadının döyülməsi, xor görülməsi mümkün deyil. Və əlbəttə ki, türk mədəniyyətində, türk dastanlarında belə bir vəziyyət gözə dəymir. Türk dastanlarında qadın daim kişinin yanındadır. Onların güc və ilham qaynağıdır. "Dədə Qorqud dastanları"nda "Dəli Domrul" boyunda Domrul canının yerinə can axtararkən, bunu öz qadınından tapmış, qadını ona heç çəkinmədən canını verəcəyini söyləmişdir."
"Qırğızların "Manas" dastanında qadın evin namusunun qurucusudur. Qəhrəmanlar əxlaqa zidd hərəkət etdikləri zaman qadın onlara mane olur. Qazaxlarda qadına verilən dəyər bu atalar sözü ilə ən gözəl şəkildə izah olunmuşdur: "Birinci zənginlik sağlamlıq, ikinci zənginlik qadındır"."
"Bütün türk dastanlarında sarsılmaz bir hörmət, sevgi və sədaqət vardır. Baxt evinə girdiyi gün murad alıb-vermədən tək qalan qadın (gəlin) əri gələnə qədər onu gözləyəcəyinə və üzərinə bir erkək milçək belə qondurmayacağına and içirdi. Qadının müharibədə düşmənin əlinə keçməsi böyük bir zəlalət sayılırdı. Dastanların heç birində şəhvəti xatırladan çirkin hadisələrin olmaması xüsusi vurğulanmasına ehtiyac duyulan vacib bir mövzudur. "Oğuz kağan" dastanında təcavüz edənlərin öldürüldüyü və ya gözlərinə mil çəkildiyi ifadə edilərkən, farsların məşhur dastanı "Şahnamə"də bu cün əxlaqsıqlıqların hekayə edildiyi ortadadır. Nümunə üçün "Şahnamə"nin qadın qəhrəmanlarından olan Südabə Səyavuşa aşiqdir və ona çirkin təkliflərdə bulunur: – "Tez ol, gəl. Kimsənin xəbəri olmadan məni bir kərə sevindir. Gəncliyimin günlərini tazələndirib ondan mənə yenidən hədiyyələr ver". Əlbəttə ki, Banu Çiçək ilə burdakı qadın tipini qarşılaşdırmaq olmaz."
"Turk qadını başqa cəmiyyətlərdə olduğu kimi təzyiq altında tutulmur və alçaldılmırdı. Qadının ucalığı Altay dağlarının ən yüksək təpəsinə "Qadın başı" adı verilərək sanki gələcəyə bir mesaj olaraq göndərilmişdir. İslama qədərki türk cəmiyyətlərində qadına belə bir münasibət var ikən, türk olmayan millətlərdə qadının vəziyyəti ürək yandıran bir halda idi."
"Cahiliyyət dövrü ərəblərində qadının əri yanında dəyəri alınıb-satılan bir maldan fərqsiz idi. Ərəb kişisi adət zamanında qadınla bir yerdə oturmaz, onunla yeyib-içməzdi. Həmin dönəmdə yeni burada qadının miras haqqı yox idi. Halbuki, türk qadını miras haqqına sahib idi. Məsələn, Yakutlarda qadının özünə aid mülkü olardı. Buna "And" və ya "Səmsə" adı verilirdi. Qadının bundan istədiyi kimi istifadə etmək hüququ var idi. Elə bu dönəmlərdə gəlin yenə qadınların başqa cəmiyyətlərdəki vəziyyətlərinə nəzər yetirməyə davam edək. İngilislərdə bəlli bir zamanda qadın murdar bir varlıq sayılırdı. Məsihilər isə qadına şeytan gözü ilə baxarmışlar. Britaniyada qadın murdar bir varlıq sayıldığı üçün "İncil"ə əl vurmazdı."
"Türk millətindən başqa qadınları alçaltmayan, xor görməyən başqa bir millət olmayıb. Türk qadının belə ehtişam içində və hörmət görərək yaşaması türk xarakter və mədəniyyətinin yüksək dəyərini ifadə edir."
Mövzu
Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. "İnsan cəmiyyətini qadın və kişilər təşkil edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir."
"Dünyada qadın hərəkatının tarixi, bu sahədə əldə edilən nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolu da sürətlə dəyişib. Qadınlar cəmiyyət həyatının bütün sahələrində öz imkan və bacarıqlarını nümayiş etdirməyə nail olublar. Yeni texnoloji nailiyyətlər isə qadınlara həm məişətdə, həm də istehsalatda oynadığı rolu daha da genişləndirimək imkanı qazandırıb. Ötən əsrin sonlarında isə "Gender" anlayışı formalaşdı ki, bunu da sosioloqlar "Sosial Cins" kimi xarakterizə edirlər. İki əsrə yaxındır dünya xalqlarının leksikonuna gətirilən "gender" anlayışının əsasında da qadın hərəkatları durur. Bu terminin bir çox tərifi məlumdur. Lakin ümumiləşdirilmiş şəkildə "gender" anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur - qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir."
"Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir." "cinslərin sosial bərabərlik nəzəriyyəsini qəbul etməyənlər və gender konsepsiyasının tənqidçiləri də mövcuddur. Onların əsas arqumenti odur ki, qadın və kişilərin təbiəti fərqlidir və bu fərqlər yalnız fizioloji deyil, psixoloji sahəni də əhatə edir. Belə tənqidi nəzəriyyənin tərəfdarları iddia edirlər ki, texniki və texnoloji tərəqqiyə baxmayaraq, elə fəaliyyət sahələri mövcuddur ki, orada əsasən qadınların və yaxud kişilərin çalışmaları daha məqsədəuyğundur. Gender nəzəriyyəsinin tənqidçilərinə görə cəmiyyətdə kişi və qadınlar arasında fəaliyyət sahələrinin psixoloji amillərə əsaslanan bölümü hər iki qrupu daha xoşbəxt edə bilər. Tənqidçilər gender probleminin həlli yolunu inkişaf üçün eyni şəraitin yaradılmasında görürlər. Onların fikrincə cəmiyyət üçün belə yanaşma daha əhəmiyyətlidir. Bu baxışlara görə, gender probleminin həlli qadınları qadın kimi, kişiləri isə kişi kimi xoşbəxt etməkdən keçir." "Bəşəriyyət inkişaf etdikcə, bu münasibətlər də dəyişərək, müəyyən sistem halına salınıb. Dövlətlər, sivilizasiya inkişaf etdikcə, cəmiyyətdə qadınların və kişilərin bərabərlik prinsipləri daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Qadınlar öz hüquqlarının və bərabərliyinin bərqərar olması üçün müxtəlif hərəkatlar yaradıblar və nəhayətdə bir çox dünya dövlətlərində cəmiyyətin bərabərhüquqlu üzvünə çevriliblər."
"Qadınlar cəmiyyət həyatının bütün sahələrində öz imkan və bacarıqlarını nümayiş etdirməyə nail olublar. Yeni texnoloji nailiyyətlər isə qadınlara həm məişətdə, həm də istehsalatda oynadığı rolu daha da genişləndirimək imkanı qazandırıb. Ötən əsrin sonlarında isə "Gender" anlayışı formalaşdı ki, bunu da sosioloqlar "Sosial Cins" kimi xarakterizə edirlər. İki əsrə yaxındır dünya xalqlarının leksikonuna gətirilən "gender" anlayışının əsasında da qadın hərəkatları durur. Bu terminin bir çox tərifi məlumdur. Lakin ümumiləşdirilmiş şəkildə "gender" anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur - qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Azərbaycanda gender problemi, yəni qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi məsələsi 103 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründən başlayıb. Belə ki, AXC hakimiyyəti Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanıyıb."
"Azərbaycan Respublikası da gender məsələsinə olduqca həssas yanaşır. Bunun nəticəsidir ki, ölkəmizdə əsasən qadın hüquqlarının qorunması missiyasını daşıyan ayrıca bir dövlət qurumu - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Komitə ölkə qadınlarının yaşadığı ən müxtəlif problemləri çox ciddi şəkildə çözməyə çalışır və bu əksər hallarda öz bəhrəsini verir.
Bununla yanaşı ölkəmiz 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub və bu konvensiyalardan doğan vəzifələri uğurla həyata keçirir."
"Eyni zamanda, ölkə Konstitusiyasında və digər bır sıra hüquqi nörmativ sənədlərdə qadın hüquqlarının qorunması geniş şəkildə təsbit edilib. Lakin cəmiyyətdə gender bərabərliyinin bərqərar olması üçün qanunlar, digər hüquqi-normativ sənədlər, beynəlxalq konvensiyalar və s. kifayət etmir. Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi üçün iş iki istiqamətdə aparılmalıdır - hüquqi-normativ və mənəvi-əxlaqi. Yuxarıda sadaladığımız məsələlər Hüquqi-normativ kateqoriyasına aiddir ki, bu kateqoriyadakı vəzifələri dövlət orqanları qanuna əsaslanaraq həyata keçirir."
"Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bütün bunların əksər hissəsi Sovet dövründə gerçəkləşsə də, bu nailiyyətlərin əsas hissəsi müstəqillik dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir.
"Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır".
"Respublikada qadın hərəkatının geniş vüsət almasında, sistemli fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi qayğıkeşlik və insanpərvərlik keyfiyyətlər Mehriban Əliyevanın timsalında təcəssüm tapıb. O, Azərbaycan qadınını YUNESKO və İSESKO kimi mötəbər qurumlarda layiqincə təmsil edir, ölkəmizi xaricdə tanıtmaq yolunda mühüm işlər həyata keçirir."
"Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər, zorakılıqlar az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq". Qadınlar və kişilər qanun qarşısında bərabərdir, amma yeganə istisna qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan bütün məsələlərdə məsuliyyət bərabərdir". Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Adicə qadın ailə quranda "ər evindən meyiti çıxmalıdır" deyilir, yaxud qadınların təhsil almasına qarşı çıxılır. Bunlar yanlış düşüncə tərzidir". "Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər. Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Ailə qurduqdan sonra iqtisadi azadlıq, xüsusilə də qadının iqtisadi azadlığı çox mühümdür. Hətta ailə qurmazdan əvvəl bu məsələ müzakirə olunmalıdır. Tədqiqatlar göstərir ki, işləyən qadın ailədə evdar qadından daha rahat mühit yaradır, burada anlaşma şəraiti daha əlverişli olur". Gender problemini araşdırarkən mütləq milli, mənəvi, dini əxlaqı dəyərləri gözdən qaçırmaq olmaz. Hər hansı bir Avropa ölkəsində olan gender anlayışını eynilə Azərbaycan cəmiyyətində təzahür etməsini düşünmək absurddur. Ən yaxın avropa,ən yaxın şərq hətda ən yaxın qardaş xalqlar arasında sosial munasibətlərdə gözə ćarpacaq dərəcədə fərqlər var. Avropada yazılmış qanunlar və nəticə əsas götürülür. Bəs sizcə bizim cəmiyyətdə əxlaqi dəyərləri gözləmədən əldə edilən nailiyyət cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul ediləcəkmi?! "Mənəvi-əxlaqi kateqoriyaya daxil olan məsələlərin meyarı isə bir qədər mücərrəd və nisbi görünən əxlaqdır. Bir qədər konkretləşdirsək, Azərbaycan cəmiyyətində gender əsaslı problemlərin həllində vətəndaş cəmiyyəti təbliğatına böyük ehtiyac var. Düzdür, bir sıra vətəndaş cəmiyyəti təşkilatları var ki, qadın problemləri ilə birbaşa məşğuldur, onlara mənəvi-psixoloji yardım göstərir, problemli qadınlara sığınacaq verir və s. Bunlar, artıq problem ortada görünəndən, nəticə verəndən sonra baş verir. Lakin problemlərin baş verməsinə qədərki mərhələni bir tendensiya olaraq araşdırmaq və buna uyğun önləyici tədbirlərin həyata keçirilməsinə çalışan təşkilatlarımız çox azdır. Hamıya bəllidir ki, Azərbaycanda həm mental, həm də dini baxımdan qadının yeri kişidən sonra gəlir. Bəlkə də Avropada gender probleminin həlli ona görə bir qədər asan həll edilir ki, onlarda "qadının yerinin kişidən arxada olması" nə dini, nə də milli baxımdan mentallaşmayıb. Lakin Azərbaycanda bu mentallaşma çox konsentrik şəkildə təzahür edir. Ona görə də cəmiyyətdə mənəvi əsaslarla gender əsaslı problemlərin öyrənilməsi və maarifləndirmə yolu ilə aradan qaldırılması vacib məsələlərdən biridir. Biz nə qədər məntiqli və gözəl qanunlar qəbul etsək də, ailələrdə kişi-qadın bərabərliyini, yalnız qanunların gücü ilə təmin edə bilmərik. Buna görə də, vacibdir ki, ailələr bu istiqamətdə keyfiyyətli şəkildə maarifləndirilsinlər." "Bir məsələni də vurğulamaq yerinə düşər ki, biz Azərbaycan cəmiyyətindən Avropadakı kimi gender bərabərliyi gözləməməliyik. Bu problemin həllində hər bir cəmiyyətin özünəməxsus xüsusiyyətləri var və onlar mütləq şəkildə nəzərə alınmalıdır. Yəni, prinsiplər eyni qaydada saxlanılır, lakin o prinsiplərin hansının nə qədər inkişaf potensialının olması fərqlənir. Həmin fərqlər müxtəlif ölkələrdə, həmin ölkənin mental xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırılır." Bir məsələyə də diqqətinizi xűsusilə çəkməyi vacib hesab edirən ki,bu gűn cəmiyyətimizdə “Gender”, “Gender problemləri” nədir dedikdə neçə faiz insan buna izah verə biləcək ?! "Sözügedən hər iki anlayış elmə və qanunvericiliyə nisbətən yaxın zamanlarda daxil olmuşdur. Bu anlayışlar cəmiyyətdə qadın və kişi münasibətlərinin sosial cəhətini ifadə edir. Həm də bu zaman qeydə dəyər ki, gender anlayışı cins anlayışından köklü surətdə fərqlənir. Cins anlayışı insanların bioloji əlamətlərinə, anatomik və fizioloji xüsusiyyətlərinə görə fərqli olduğunu bildirir. Cinsə görə insanlar kişi və qadın olmaqla 2 yerə bölünür. Kişi ilə qadın arasındakı belə təbii fərqlər onların sosioloji statusuna da müəyyən təsir göstərir. Belə ki, hələ qədim zamanlardan evdən kənar ictimai funksiyalar kişinin, ev işləri isə qadının üzərinə düşürdü. Bu isə son nəticədə qadının kişidən asılılığına gətirib çıxarırdı. Gender anlayışı isə kişi və qadınların cəmiyyət həyatında sosial statusunu, funksiya və rolunu ifadə edir. Yəni təbii fərqlərə baxmayaraq, qadın və kişilər cəmiyyət həyatında eyni sosial rola, eyni sosial funksiyalara malikdirlər.
Belə bir sual yaranar, bəs onda gender özü nədir?
Bu ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhətlərinin bir müstəvidə araya gəlməsi, bir kontekstdə birləşməsidir. Gender bərabərliyi nədir, sualının isə cavabı belədir: qadın və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar yaradılması və nəhayət qadın və kişilərin cəmiyyət həyatında bərabər sosial vəziyyəti deməkdir. Qadın və kişilərin hüquq bərabərliyi dedikdə – kişi ilə qadının hüquqları və azadlıqları başa düşülür. Dövlət isə bu zaman cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bu zaman bilmək lazımdır ki, insan və vətəndaş hüquqları və azadlıqları cinsi mənsubiyyətə görə məhdudlaşdırıla bilməz, heç kəsə cinsi mənsubiyyətə görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmçinin, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlilərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Burada ən maraqlı məqam bərabər imkanlar nədir sualının aydınlığa qovuşdurulması ilə bağlıdır. Bərabər imkanlar insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar sistemidir".
"1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təsdiq etmişdir. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2000-ci ildə ölkə Prezidenti tərəfindən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanmışdır."
"Çağdaş respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin bərpa etdiyi ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb."
"Prezidentin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ildə Milli Məclis “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir."
"Digər mühüm sənədin “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi qadınların hüquqlarının pozulması hallarına qarşı mübarizədə səmərəli hüquqi mexanizm formalaşdırmışdır. Gender amili ailə-nikah münasibətlərində, qərarların qəbul olunmasında qadınların hüquq və imkan bərabərliyinin təmin edilməsini şərtləndirir. Bu baxımdan, Milli Məclis tərəfindən Ailə Məcəlləsinə əsasən evlilik yaşının 18 yaş müəyyən olunması müsbət bir addım kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu da Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəa- liyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi baxımından müstəsna önəm daşıyır. Təkcə bu faktı qeyd etmək yerinə düşər ki, 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu “UNFRA” və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında zorakılıq əleyhinə birgə layihəyə dair sənədlər imzalanmışdır."
"Bu gün Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər var. Gender bərabərliyi qadınların məişətdə, ictimai-siyasi, iqtisadi və mədəni həyatda kişilərlə bərabər hüquqlara malik olmasını nəzərdə tutur."
"Əslində, gender bərabərliyinin pozulmasının səbəblərindən biri də valideynlərin bir-biri ilə rəftarıdır ki, bu da uşağın psixologiyasına mənfi təsir edir. Gender bərabərliyinin pozulmasında qadınların ailədə hüquqlarının tapdalanması da mühüm önəm daşıyır. BMT-nin “İnsan inkişafı indeksi” adlanan Hesabatında ölkəmizdə qadınların 69 faizinin ailədə söz haqqı olmaması vurğulanır. Burada bildirilir: “Qadınlar ailədə nə qədər müstəqildirsə, cəmiyyətdə də bir o qədər müstəqildir”.
"Bu dün “gender” anlayışı təkcə yeni elmi kateqoriya kimi deyil, həm də sosial-humanitar araşdırmalarda alternativ elmi paradiqma kimi, ictimai əlaqələrin və qarşılıqlı fəaliyyətin yeni modeli kimi qavranılır. Sosioloqlar genderi sosial konstrukt kimi araşdırırlar. Onun əsasını təşkil edən xarakteristikaları 3 qrupa bölmək olar. Gender anlayışı mədəniyyətdə kök salmış sosial münasibətlərin fundamental ölçüsüdür. O, davamlılıq və dəyişkənlik elementlərinə malikdir. Hər bir cəmiyyətdə, xüsusən çoxmədəniyyətli və çoxmillətli cəmiyyətdə gender müxtəlifliyinin nəzərə alınması zəruridir. Bu o deməkdir ki, müxtəlif vəziyyətlərdə, müxtəlif etnomədəni və dini qruplar, cəmiiyyətin müxtəlif təbəqələri üçün kişilərə və qadınlara müvafiq göstərişlər və onların icrası fərqli ola bilər. Sosial norma və qaydaların dəyişdirilməsi təşəbbüsü ilk növbədə qadınlardan irəli gəlir. Qadınların siyasi qərarlar qəbul edilməsində iştirak etmək istəyi onların geniş sosial fəaliyyət imkanlarına malik olması, resursların ədalətli bölgüsü zəruriyyəti və məsuliyyət hissi ilə bağlıdır. İnsan hüquqları və bu hüquqların tərkib hissəsi olan qadınlarla kişilər arasında bərabərlik elə bir prinsipdir ki, onu daim müdafiə etmək, qorumaq və möhkəmlətmək lazımdır. Bu bərabərliyin mövcud olması, onun qorunub saxlanması və fəal vəziyyətdə olması yalnız o halda mümkündür ki, bu bərabərlik müntəzəm olaraq yenidən dərk edilsin və qiymətləndirilsin. Bu gün qarşıda duran ən mühüm məqsədlər sırasında məhz belə hədəflər vardır.
Cəmiyyətimiz öz üzərinə öhdəlik götürməlidir ki, bu müxtəlif məqsədlərə- qadınların və kişilərin hüquq bərabərliyinə, demokratik reprezentativliyə, qadınlarla kişilər arasında məsuliyyət bölgüsünə uyğun olaraq iqtisadi müstəqilliyə və təhsilin adaptasiyasına çalışmaqla bərabər, eyni zamanda hər iki cinsin nümayəndələrinin şəxsi və ictimai firavanlığını təmin edə biləcəkdir." Sonda bir daha xatırlatmağa ehtiyac duyuram ki,hələ də insanların böyük əksəriyyəti gender bərabərliyi deyəndə,bunu ancaq qadın hüquqlarının qorunması mexanizmi kimi qəbul edirlər. Hesab edirəm bu məsələyə műnasibətdə şərqlə qərbi, xiristianlıqla islamı müqayisə edəndə də ümumi prinsiplərdən çıxış etmək doğru olmaz. Műqayisə üçün islam ölkəsi olan İran İslam Respublikasının dövlət qanunlarında qadınlara verilən hüquqlar heç bir xiristian ölkəsində yoxdur. Dűnya sivilizasiyasının inkişaf tarixinə nəzər salasaq görürük ki,tarix boyu inkişaf və mədəniyyət şərqdən qərbə yayılıb. Bu reallıq bu gűn də öz aktuallığını bir çox məsələlərdə xüsusilə mənəvi-əxlaqi keyfiyyətlərin qorunmasında özünə açıq şəkildə göstərməkdədir.
Kərim Novruzov,
Ağdam rayon 95 nömrəli tam orta məktəbin tarix müəllimi