Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqını (Aİ) beynəlxalq nəzarət üçün Ukraynanın kritik enerji infrastruktur obyektlərinə xüsusi missiyalar göndərməyə çağırıb.
RİA Novosti xəbər verir ki, o, bu barədə Parisdə Ukraynaya yardım mövzusunda keçirilən konfransda danışıb.
Ukrayna liderinin sözlərinə görə, Aİ-nin bu cür missiyaları “vəziyyətin sabitləşməsi və lazımi beynəlxalq nəzarət üçün etibarlı amilə çevrilə bilər”.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi yaxın vaxtlarda Ukraynanın Atom Elektrik Stansiyalarına (AES) və Zaporojye AES-ə daimi nümayəndəliklər göndərəcəyini vəd edib. "Bu, texniki və texnoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracaq" deyib.
E.ŞİRİNOV