Vaşinqton Moskvaya işarə edir ki, Ukrayna böhranının sülh yolu ilə nizamlanmasında iştirak etmək arzusu yoxdur, onun hərbi yolla başa çatacağına ümid edir.
Bunu Judging Freedom YouTube kanalına müsahibəsində Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
Mövcud vəziyyəti şərh edən kanalın qonağı ABŞ-ın əməkdaşlıq etməyəcəyi və danışıqlar aparmayacağı fikrini bildirib. “Onlar hər hansı başqa yanaşmaya maraqsız olduqlarını nümayiş etdirdilər” deyib.
Bundan əvvəl Duqlas Makqreqor demişdi ki, Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə qarşıdurmada qalib gələcəyinə ümid etməməlidir.
E.ŞİRİNOV