Azərbaycanın təbii resurslarının qanunsuz istifadəsinin dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq beş gündür davam edir.
TEZADLAR.AZ xəbər verir ki, ötən günlərdə olduğu kimi, aksiyanın keçirildiyi yerdə vətənpərvərlik mövzusunda mahnılar səslənir, insanlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi ərazidə, Qarabağda faydalı qazıntıların talan edilməsini dayandırmaqla bağlı çağırışları əks etdirən şüarlar səsləndirirlər.
Bu gün saat 11:40-da sülhməramlılara məxsus 6 yük maşını və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətində keçib. Bu, bir daha sübut edir ki, dinc aksiya iştirakçıları nəqliyyat vasitələrinin keçməsinə hər hansı maneə törətmirlər.
AzerTac