Daxili işlər nazirinin müavini, polis general-leytenantı
Oruc Zalov vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin məlumata görə, nazir müavini xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyin edilib.
TEZADLAR.AZ
Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı. O bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.