Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında əcnəbilər, eləcə də subay kişilər üçün surroqat anaların xidmətini qadağan edən qanun imzalayıb. Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Qanun yalnız nikahda olan Rusiya vətəndaşlarının və ya subay qadının - tibbi səbəblərə görə təkbaşına uşaq dünyaya gətirə bilməyən Rusiya Federasiyasının vətəndaşının indi surroqat anaların xidmətlərindən istifadə edə biləcəyini nəzərdə tutur.

Keçmiş ər-arvad surroqat anadan doğulmuş uşağın valideynləri kimi qeydiyyata alına bilər, o halda ki, məhkəmə boşanmış nikahın uydurma olmasını müəyyən etməz. Bundan başqa, surroqat ananın hamiləliyi zamanı ər-arvaddan biri vəfat edibsə və ya onların vətəndaşlığına (onlardan biri, hər ikisi birdən və ya tək qadın) xitam verilibsə, surroqat anadan icazə alındıqdan sonra onlar valideyn kimi qeydə alına bilərlər.

Rusiya Federasiyasının ərazisində surroqat ana tərəfindən doğulan uşaq anadangəlmə Rusiya vətəndaşlığını alır. Qanun valideynlərindən birinin Rusiya vətəndaşı, digərinin isə xarici vətəndaşlığı olan surroqat analardan doğulan uşaqların sadələşdirilmiş vətəndaşlıqdan çıxma imkanını da ləğv edir. Bu, hər iki valideynin əcnəbi olduğu hallara da aiddir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN