Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Tezadlar.az aksiyada iştirak edən jurnalistlərə istinadla bildirir ki, humanitar yüklü hesab edilən avtomobillər Laçından Xankəndi istiqamətində maneəsiz şəkildə hərəkət edib. Belə ki, ikisi ambulans olmaqla ümumilikdə 4 avtomobil ərazidən keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolundakı etiraz aksiyası 9 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Və hələki Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlıların rəhbərliyi bu etirazlara susur, özünü görməzliyə vurur. Aksiyaçılar isə monitorinqlərə icazə verilənədək tələblərində qalacaqlarını bildirirlər. 

Bu gün isə Şuşada qar yağmağa başlayıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN