Rusiya Federasiyasının hərbi kontingentinin nümayəndələri Laçın yolunda mövqelərini dəyişərək yoldakı arakəsmələri götürüblər.

Buna baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı dinc etiraz aksiyasının iştirakçıları – ekofəallarımız irəli getməyiblər.

Bu barədə Bakı TV-nin canlı yayımında xəbər verilib.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Lakin Rusiya sülhməramlıları buna imkan verməyib. Əksinə, əraziyə erməni separatçıları yığılıb və nümayəndələrimizi təxribata cəlb etmək istəyiblər.

Daha sonra Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin, ekofəallar əraziyə gedib və sülhməramlıların komandiri Volkovla görüşmək istədiklərini bildirdikdə isə sülhməramlılar əraziyə ağır texnika cəlb etməyə başlayıblar.

Bundan sonra  ekofəallar, QHT üzvləri Azərbaycan yataqlarının qeyri-qanuni istismarı ilə bağlı Azərbaycan mütəxəssislərinin monitorinq üçün əraziyə buraxılmamasına etiraz olaraq dinc aksiya keçirməyə başlayıblar. Onlar həm də  Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Lakin Volkov gözə dəymir...

Artıq 9 gündür ki, aksiya davam edir. Aksiyaçılar bu soyuq dekabr günlərində gecə-gündüz, səbrlə ayaqda gözləyirlər.  

JASMİN

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN