Polşa DİN-nin rəhbəri Mariuş Kaminskiy bildirib ki, Ukraynada Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəis müavini Dmitri Bondarın hədiyyə təqdim etdiyinə görə vəzifəsindən uzaqlaşdırılması barədə ona məlumat verilib,
hansı ki, bu hədiyyədən sonra Polşa polisinin komendantının kabinetində partlayış baş vermişdi.
Bu barədə Kaminskiy öz Tvitter səhifəsində məlumat verib.
"Mənə məlumat daxil olub ki, hədiyyəni Polşa polisinin komendantı general Şimçikə verilməsinə cavabdeh olan şəxs, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sədr müavini general Bondar tutduğu vəzifədən kənarlaşdırılıb. Ukraynada bu işlə bağlı cinayət işi də açılıb”, - Kaminskiy yazıb.
Sabah Polşanın baş polis rəisi general Şimçik dindirilmək üçün Varşava regional prokurorluğuna gəlməlidir.
Daha əvvəl Şimçik açıqlamasında qeyd etmişdi ki, Ukraynada ona hədiyyə edilən iki qumbaraatandan biri onları kabinetində yerləşdirmək istəyən zaman partlayıb. Onun qeyd etdiyi kimi, Ukraynada qumbaraatanların istifadə olunduğuna və təhlükəsiz olduğuna əmin olublar.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bu günlərdə Şimçikə verilmiş hədiyyə ilə bağlı bildirmişdi ki, hədiyyə simvolik olaraq, həm də yalnız xoş niyyət və dərin minnətdarlıq əlaməti olaraq Yaroslav Şımçikə verilib.
“Biz əminik ki, Polşa polisinin baş komendantına qarşı zərər vurmaq niyyəti olmayıb və ola da bilməz. Əminik ki, bu qəzanın baş vermə şəraiti və səbəbləri öyrənildikdən sonra bu vəziyyətdən müvafiq təhlükəsizlik nəticələri çıxarılacaq", - deyə qurumdan bildirilib.
Görünür, sonradan Bondarın vəzifədən getməsi daha məqsədəmüvafiq sayılıb...
JASMİN