Rusiya prezidenti Vladimir Putin Braziliyanın yeni prezidenti Lula da Silvaya zəng edərək 2023-cü ilin yanvarında andiçmə mərasimi öncəsi onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hər iki tərəf Rusiya-Braziliya strateji tərəfdaşlığının bütün sahələrdə, o cümlədən beynəlxalq arenada, o cümlədən BRİKS çərçivəsində əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib”, - mətbuat xidmətinin bəyanatında deyilir. Qeyd olunur ki, dövlət başçıları gələcəkdə də əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. O, iki dövlət başçısının söhbətində hansı mövzuların ortaya çıxdığını açıqlamayıb.
E.ŞİRİNOV