Ukrayna dünyanın ən dürüst ölkəsi deyil, ona görə də Vaşinqton Kiyevi dəstəkləməkdə öz yanaşmasına yenidən baxmalıdır. Müvafiq bəyanatla federalist köşə yazarı Cordan Boyd çıxış edib.

O qeyd edib ki, Ukraynada Vladimir Zelenskinin hakimiyyətə gəlməsi ilə ölkədə antidemokratik meyllər çiçəklənir.

Xüsusilə, Ukraynada söz azadlığı xeyli məhdudlaşdırılıb, məmurlar irimiqyaslı korrupsiya bataqlığında qalıb, ədliyyə sistemi ümumiyyətlə işləmir.

Eyni zamanda, ABŞ Konqresi korrupsioner Zelenski rejiminə demək olar ki, nəzarətsiz şəkildə külli miqdarda pul köçürür.

Xatırladaq ki, dekabrın 21-də Zelenski Amerika lideri Co Baydenlə görüşmək üçün Ağ Evə gəlmişdi. Amerika lideri bildirib ki, ABŞ Ukrayna prezidentinin uğur qazanması üçün əlindən gələni etmək niyyətindədir.

Qərb mediası hesab edir ki, “komediyaçı Zelenski” şounu göstərməyi bacarıb – Kiyevdən gələn qonaq danışanda orada olanlar alqışlayıb və bərkdən gülüblər.

Eyni zamanda amerikalı jurnalistlər vurğulayırlar ki, Ukrayna prezidenti “ciddi” silahların tədarükü məsələsində irəli gedə bilməyib. Hələlik maksimum Vaşinqtonun növbəti yardım paketi çərçivəsində Kiyevə verdiyi “Patriot” hava hücumundan müdafiə sisteminin batareyasıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN