Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Maryinkanın kənarında möhkəmlənməyə çalışır.
Onun sözlərini RİA Novosti sitat gətirir.
Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərin nəzarətsiz qalan hissəsində irəliləməyə davam edir. “Ancaq düşmən müqavimət göstərir, hər binadan yapışmağa çalışır. Görünür, onların belə bir sifarişi var", - deyə Puşilin əlavə edib.
DXR rəhbəri səlahiyyətlərini icra edənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri qəsəbəyə yeni ehtiyatlar göndərməkdə davam edir. O qeyd edib ki, hərbçilərin hər gün irəlilədiyi hər 50-100 metr Rusiya üçün vacibdir.
Puşilin daha əvvəl bildirmişdi ki, Rusiya hərbçiləri Artemivsk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün təchizat yollarını bağlayır.
E.ŞİRİNOV