Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri son sutka ərzində DXR ərazisini 41 dəfə atəşə tutub. Respublikanın 7 yaşayış məntəqəsi atəşə məruz qalıb.

Hücumlar nəticəsində biri kiçik qız olmaqla 4 mülki vətəndaşın yaralandığı qeyd edilir.

Nümayəndəlik aydınlaşdırıb ki, Ukrayna təhlükəsizlik qüvvələri hücumlarında minaatanlardan, artilleriyadan, o cümlədən NATO 155 mm çaplı silahlardan, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən və tank silahlarından istifadə edib. Cəmi bir gündə 198 müxtəlif növ sursat atılıb.

Donetsk, Makiivka və Yasinovataya şəhərlərinin 5 rayonu atəşə tutulub, 7 ev və 4 mülki infrastruktur obyektinə ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN