Rusiya silahlı qüvvələri Zaporojye vilayətində rejim-inzibati tədbirləri gücləndirirlər.
"Rusiya işğalçıları Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rejim və inzibati tədbirləri gücləndirməkdə davam edir. Vasilievkada işğalçılar bu il dekabrın 28-dən 2023-cü il yanvarın 04-dək komendant saatı tətbiq ediblər”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da bildirib.
Eyni zamanda bildirilir ki, fövqəladə hallar işçilərinə xüsusi vəsiqələr verilir, yerli sakinlərə evlərini tərk etmək və kənd ətrafında hərəkət etmək qadağan edilib.
E.ŞİRİNOV