Ukrayna prezidenti Vladimir Zelenski çətin ki, fransızların əksəriyyətinin Rusiya ilə sülh danışıqlarını dəstəkləməsindən məmnun olsun.

Bu barədə siyasətçi və keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo Tvitter hesabında yazıb.

O, Fransada respondentlərin 70%-nin Ukrayna böhranının diplomatik yolla nizamlanmasının tərəfdarı olduğu Ifop sorğusunun məlumatlarına istinad edib.

"Fransızların 70 faizi Rusiya ilə sülh naminə danışıqların aparılmasını istəyir! Sağlam düşüncə! Fanatiklər, şahinlər və Zelenski devrildi", - siyasətçi yazıb.

Fransanın “Vətənpərvərlər” hərəkatının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo dəfələrlə Qərb ölkələrinin Ukraynaya qarşı siyasətinə qarşı çıxıb.

Belə ki, bir neçə həftə əvvəl o, Fransa hakimiyyətini Kiyevə yardımı dayandırmağa çağırıb, çünki onların öz silah ehtiyatları tükənib. Daha sonra o, Kiyevi dəstəklədiyi üçün Fransa prezidenti Emmanuel Makronu dəli adlandırıb. Bundan əlavə, Filippo Rusiya ilə sülh danışıqlarından imtina edən Zelenskinin növbəti döyüşkən bəyanatına qəzəblənib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN