Dünən dekabrın 26-da Qızıl Xaç Cəmiyyətinin yardımı ilə Laçın dəhlizi ilə Ermənistandan Qarabağa 10 ton humanitar yük gəlib. Yüklərə dərmanlar, uşaq qidaları və tibb müəssisələri üçün digər ərzaqlar olub. Tezadlar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə dekabrın 25-də günorta Ermənistan KİV-i məlumat yayıb.
Həmin gün Qırmızı Xaç 4 əcnəbi vətəndaşı Qarabağdan çıxarıb, onların hansı ölkədən olduqları göstərilməyib. Mitinqi qondarma “dövlət naziri” Ruben Vardanyan təşkil edib və o, səhər saatlarında Qarabağ sakinlərinə müraciət edərək onları şəhərin mərkəzi meydanına gəlməyə çağırıb. Lakin Ermənistan KİV-lərinin yazdığına görə, Vardannyanın komandasında bu mitinqə narazılıq da var. Xüsusən də Vardanyanı gözü götürməyən Araik Harutyunyan mitinqin tərəfdarı olmayıb. Aksiyada isə cəmi bir neçə min adam iştirak edib. Natiqlər dünya ictimaiyyətini Bakıya təzyiq göstərməyə, Qarabağ ermənilərinin ölməsinə imkan verməməyə çağırıblar. Çıxış edənlər müstəqillikdən əl çəkməyəcəklərini və Azərbaycanın hakimiyyətini tanımayacaqlarını bəyan ediblər. Vardanyan özü də üzərinə götürdüyü məsuliyyətin fərqində olduğunu və sona qədər getməyə hazır olduğunu bildirib. O, qeyd edib ki, Qarabağ erməniləri müstəqillik uğrunda mübarizəyə hazırdır və guya beynəlxalq ictimaiyyət bunu dəstəkləyir. O vurğulayıb ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməzlər, çünki onların mədəniyyəti və mentaliteti uyğun deyil və Bakı bununla razılaşmalıdır.
Bəli, ermənilərin vandalizm, murdar goreşənlik, işğalçılıq, özgə torpaqlarını ələ keçirmək və s. kimi mənfur niyyəti Azərbaycanlıların dünya sivilizasiyasına uyğun mentalitetinə qəti uyğun deyil. Bir yol var: erməniləri Azərbaycan vətəndaşlığına qəbul edib onlara insanlığın dərsini keşmək və tərbiyə etmək lazımdır.
A.Məmmədli