"Yeni qəbul olunacaq qanun layihəsinə əsasən, məcburi hərbi xidmət kimin hansı peşəni seçməsindən asılı olaraq 6 aylıq, 8 aylıq və ya 11 aylıq olacaq".

TEZADLAR.AZ  xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, 2023-cü ilin ilk rübündə bu proqram tətbiq ediləcək: “Təxminən bir neçə aydan sonra yeni məcəlləyə əsasən, biz artıq məcburi hərbi xidmətin islahatını həyata keçirməyə başlayacağıq. Bu, bizim əsas vədlərimizdən biri idi. Bildiyiniz kimi, əsas çətinliklərdən biri (Qirçi partiyasının hazırladığı proqramın) aradan qaldırılması idi. Çünki bunun nəticəsi olaraq minlərlə gəncimiz məcburi hərbi xidmətdən yaynırdı. Bunlar qanunvericilikdə müəyyən boşluqlar gördülər və on mindən çox gənc icbari xidmətdən yayındı, bu çox böyük problem idi. Ona görə də bu problemi həll etdik. Yeni məcəllə qəbul edildikdən dərhal sonra bu problem həll ediləcək. Biz də hərbi xidmətin səmərəli sistemini hazırlamışıq. Proqram kimin hansı peşəni seçməsindən asılı olaraq 6 aylıq, 8 aylıq, 11 aylıq olacaq. Təbii ki, bu, intensiv hərbi, döyüş, həm də nəzəri hazırlıq olacaq", - deyə baş nazir vurğulayıb.

24news.ge

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN