Ermənilərin Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir.
Tezadlar.az bildirir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib. Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onu da deyək ki, aksiya keçirilən dəhlizdən humanitar yüklərin daşınmasına heç bir maneə yoxdur. Baxmayaraq ki, ermənilər feyk məlumatlar yayır, haray-həşir qoparırlar ki, guya Qarabağda məskunlaşmış ermənilər blokadaya alınıb. Amma dünya ictimaiyyəti bir daha görür ki, bunlar yalandır. Daha doğrusu, ermənilərin timsalında yalançının evi də yandı, amma heç kim inanmadı...
A.Məmmədli