Estoniya kəşfiyyatı hesab edir ki, Rusiya Federasiyası həqiqətən də pravoslav Milad bayramından sonra yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır, lakin əslində bu proses ilk dalğanın rəsmi şəkildə başa çatmasından sonra da dayanmayıb.

 ERR-in məlumatına görə, bu barədə Estoniya Silahlı Qüvvələrinin kəşfiyyat mərkəzinin rəisi, polkovnik Marqo Qrosberq danışıb.

 Belə ki, onun sözlərinə görə, artıq bəzi regionlarda “ikinci dalğa”ya hazırlıq işlərinin getdiyinə dair əlamətlər var: məsələn, Krasnodar diyarındakı mətbəənin 5 min çağırış vərəqəsinin çapı üçün sifariş aldığı məlumdur.

 "Gələn həftə bu ikinci səfərbərlik dalğasının başlanıb-başlanmayacağı və bunun necə baş verəcəyi bəlli olacaq", - Qrosberq bildirib.

O, qeyd edib ki, ümumi yayılmış fikrə rəğmən, hərbi komissarlıqların nəzərdə tutulduğu qədər insan toplaya bildiyi rayonlar istisna olmaqla, birinci dalğanın başa çatması elan olunduqdan sonra da səfərbərlik prosesi dayanmayıb.

 300 minə yaxın ehtiyatda olan hərbçilər artıq təlimləri başa vurublar, yaxud hələ də keçirlər və yaxın 1-2,5 ay ərzində Ukrayna ilə sərhədlərə və ya birbaşa cəbhəyə köçürüləcəklər. Əgər yanaşma ikinci dalğaya bənzəyirsə, yeni çağırışçılar təxminən mart-aprel aylarında cəbhədə olacaq.

 Polkovnik Putinin Milad “barışığı” təklifinə də münasibət bildirib və qeyd edib ki, Estoniya kəşfiyyatı buna informasiya-psixoloji əməliyyat kimi baxır.

 “Rusiya öz səxavətini və sülhə hazır olduğunu nümayiş etdirməyə çalışır, lakin bu “sülh”ün əsl məqsədi yalnız vaxt udmaq və qüvvələri yenidən qruplaşdırmaqdır”, - o deyib.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN