Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistral yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumata görə, güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.

Sabahdan Azərbaycan ərazisində də qarlı və şaxtalı havalar hakim olacaq. Ümukiyyətlə, təcrübə göstərir ki, Pasxa bayramı tamamlananda qarlı havalar başlayır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN