Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland Donbassdakı vəziyyəti həll etmək üçün Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərək yalan danışıblar.
Bunu Telegram-da Rusiyanın Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
“Başqa seçim yox idi, hər şey əvvəlcədən müəyyən edilmişdi” deyən Puşilin Merkelin Minsk razılaşmalarının döyüşləri dayandırmaq üçün deyil, Ukraynaya vaxt vermək məqsədi daşıdığı barədə bəyanatını xatırladıb.
“Müvafiq olaraq, o, nə olursa-olsun, ən yüksək səviyyədə yalan danışdı. İndi isə Ollandın sözün əsl mənasında onu dəstəklədiyi hekayəsini gördük. Əslində, bu Minsk razılaşmalarının əsas təminatçıları bunlardır. İndi də buna imza atıblar”, - DXR rəhbəri fikrini yekunlaşdırıb.
Yanvarın 5-də Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə xüsusi hərbi əməliyyat zonasında atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Bu qərar Patriarx Kirilin müraciətindən sonra qəbul edilib. Puşilin daha sonra izah edib ki, Rusiya qoşunları təmas xəttində atəşkəsi pozmağa cəhd edərlərsə, Ukrayna Silahlı Qüvvələrinə (USQ) cavab verəcəklər.
E.ŞİRİNOV