Ötən gün Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində onun “Şirniyyat” adlanan hissəsində ümumi sahəsi 1700 kvadrat metr olan 20 mağaza yanıb.  Bu barədə yanvarın 9-da Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib.  Ticarət Mərkəzi yanğından mühafizə olunub. Yanğın nəticəsində 4 nəfər yanma məhsullarından zəhərlənib, bir nəfər isə yüngül bədən xəsarəti alıb. Yanğının səbəbləri araşdırılır.

Dükanı yananlardan birinin qohumunun "Təzadlar"ın elektron poçtuna göndərdiyi məktub diqqəti çəkir... Məlum olur ki, vaxtilə 8 KM-də, Xırdalan yolunda olan iri ticarət mərkəzlərində, eləcə də "Binə"də və "Sədərək"də baş vermiş yanğınlarda zərərçəkmişlərə kompensasiya demək olar verilməyib. Adı çəkilən TN-lərin rəhbərliyi müxtəlif bəhanələrlə aradan çıxıb və sığortalamanı bəhanə gətiriblər və s.

Görəsən bu dəfə də elə olacaqmı? Yoxsa dükan sahiblərinin səhlənkarlığı əsas tutulacaq?!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN