Ermənilərin Qarabağdakı qanunsuz əməllərinə və ekoloji terroruna qarşı ekofəallarımızın etirazları davam edir...
Və ötən gün də Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Həmçinin nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 minik, 1 yük maşını Xankəndindən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.
Xatırladırıq ki, ekofəalların əsas tələblərindən biri bölgədə Azərbaycanın aidiyyəti dövlət qurumlarının monitorinqlərinə Rusiyalı sülhməramlıların şərait yaratmasıdır. Hələki bu şərait yaradılmadığından aksiyalar davam edir... Belə çıxır ki, ya sülhməramlılar bu etirazlarda maraqlıdır, yaxud da əksinə, monitorinqlər hələki əlçatan deyil...
A.Məmmədli