Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi, mövcud vakansiyalarla tanışlıq və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə ötən il 63 əmək yarmarkası keçirilib.

Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 550 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 11 060 boş iş yerləri təqdim edilib.

Keçirilən yarmarkaların nəticəsi olaraq 390 nəfər təqdim edilən vakansiyalar üzrə işlə təmin olunub.

Qeyd edək ki, aktiv məşğulluq tədbirində öz kiçik biznesini qurmaq istəyən şəxslərə özünüməşğulluq proqramı, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərə isə peşə hazırlığı və agentliyin digər istiqamətləri barədə məlumatlar verilir, müraciət edən şəxslərin qeydiyyatı aparılır.

Bu il də işəgötürənlərlə əməkdaşlıq çərçivəsində respublika üzrə yarmarkaların təşkili və əhatəsinin genişləndirilməsi nəzərdə tutulub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN