Ukrayna qanunları Rusiya Federasiyası ilə dialoqu qadağan etdikcə və Qərb Kiyevin bu məsələdə çevik olmasına imkan vermədikcə, Ukrayna ilə sülh danışıqlarının perspektivi yoxdur.
Bu fikri media nümayəndələrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukrayna qanununun Ukrayna prezidentinə bizimlə hər hansı əlaqə qurmağı və ya bizimlə dialoq aparmağı qadağan etdiyi bir şəraitdə və qərblilərin Kiyevə bu məsələdə hər hansı çevikliyə imkan verməyə açıq şəkildə meylli olmadığı bir şəraitdə hazırda heç bir perspektiv yoxdur”, - deyən Kreml sözçüsü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyanın Ukrayna tərəfi ilə danışıqlara hazır olması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
E.ŞİRİNOV