Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Gürcüstanın Yuxarı-Lars sərhəd keçid məntəqəsində Ukraynanın xeyrinə casusluqda ittiham olunan bir nəfər şəxs saxlayıblar.

Tezadlar.az Gürcüstan DİN-ə istinadla bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata sasən, saxlanılan 28 yaşlı şəxs MDB ölkələrindən birinin vətəndaşıdır. Onların verdiyi məlumata görə, saxlanılan şəxsin mobil telefonunda yazışmalar aşkar edilib, həmin yazışmalara əsasən, saxlanılan şəxs Rusiya hərbi texnikasının foto və videolarını çəkərək Ukrayna tərəfinə göndərirmiş.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları da bir neçə dəfə Rusiyaya cəsusluq edən şəxsləri ifşa edib. Onlar Ukrayna ərazisində yaşayaraq bəzi hərbi məlumatları qarşı tərəfdəki qohumlarına ötürürmüş...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN