Ukrayna Prezidentinin Aparatı Aleksiy Aretoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi ilə bağlı vəsatətini təmin edib.
Tezadlar.az “Ukrayna həqiqəti”nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.
Məlumata görə, S.Nikiforov “Ukrayna prezidentinin aparatının rəhbəri Mariya Vituşokun Aretoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq əmr imzaladığını” bildirib.
Bu gün Arestoviç istefa verdiyini elan edib və müvafiq bəyanat yazaraq, "sivil davranış nümunəsi" göstərmək istədiyini və "əsas səhvini" etiraf etdiyini bildirib.
Xatırladaq ki, yanvarın 14-də axşam saatlarında Arestoviç bildirib ki, Dnepropetrovskdakı evin bir hissəsi üzərinə Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raketin düşməsi nəticəsində dağılıb. Bundan sonra o, Ukrayna ictimaiyyəti tərəfindən kəskin tənqid edilib. Yanvarın 16-da Ali Radanın deputatı Aleksey Qonçarenko Aretoviçin işdən çıxarılması üçün imza toplanmasına başlanıldığını elan edib. Parlamentari onu Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbi ilə bağlı dediklərinə görə xəyanətdə ittiham edib.
K.ŞİRİNOV