Rusiya ölkəyə girişi qapalı olan Aİ nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Bu, Aİ-nin anti-Rusiya sanksiyalarının doqquzuncu paketinə cavab tədbiridir. Cavab sanksiyaları Kiyevə hərbi yardım göstərmək üzrə Avropa missiyasının tərkibində Ukrayna Silahlı Qüvvələrinin təlimində iştirak edən Aİ ölkələrinin güc strukturlarının rəhbərliyinə aiddir.

 Rusiya XİN-dən bildirilib ki, həmçinin Moskva Aİ ölkələrinə və Kiyevə silah və hərbi texnika istehsal və tədarük edən kommersiya strukturlarına qarşı da sanksiyalar tətbiq edir.

Qeyd edilir ki, məhdudiyyətlər sistematik olaraq anti-Rusiya ritorikasına əl atan Aİ ölkələrinin vətəndaşlarına tətbiq edilir və bundan əlavə, Avropa Parlamentinin ayrı-ayrı üzvlərinə də şamil edilir.

“Biz təsdiq edirik ki, Qərb ölkələrinin hər hansı qeyri-dost hərəkətinə vaxtında və adekvat cavab veriləcək”, - Rusiya XİN-dən bildirilib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Hələki, bu sanksiyalar paketləri də işə yaramayıb. Və KİV-də gedən məlumatlara görə, 10-cu sanksiyalar paketi də yoldadır...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN