Türkiyənin Amasra limanında Rusiyaya məxsus kruiz gəmisi estakadaya çırpılıb.

Tezadlar.az "Habertürk" telekanalına istinadən xəbər verir ki, güclü tufan "Astoria Grande"-nin normal yanalmasına mane olub.

Qeyd olunur ki, gəmi İstanbuldan bir gün əvvəl çıxıb, yanvarın 18-də səhər saatlarında Amasraya çatıb. Külək gəmini limana aparıb və yanalma dayaqlarını zədələyib.

Məlumata görə, laynerin göyərtəsində 668 nəfər, o cümlədən 385 sərnişin, 283 ekipaj üzvü və heyət olub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN