Ukrayna prezidenti Vladimir Zelenski Təhlükəsizlik və Polis Xidmətinə daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən Kiyev vilayətinin Brovarı şəhərində xilasedici helikopterin qəzaya uğramasının səbəblərini öyrənməyi tapşırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram kanalında yazıb.
V.Zelenski fövqəladə vəziyyəti dəhşətli faciə adlandırıb və on uşaq da daxil olmaqla 25 qurbanın olduğunu bildirib.
Qeyd edək ki, 2023-cü il yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində güclü partlayış baş verməsi barədə Ukrayna mətbuatı Ukrayna Milli Polisinin nümayəndələrinə istinadən məlumat yayıb. “Publika” nəşrinin məlumatına görə, helikopter uşaq bağçasının yaxınlığında yerə düşüb, daha sonra yanğın başlayıb. Üçü uşaq olmaqla 18 nəfərin öldüyü bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat qəzaya uğrayan helikopterin Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə (GSChS) məxsus olduğunu bildirib.
Helikopterin qəzaya uğraması barədə səhər saatlarında Ukrayna Milli Polisi məlumat yayıb. Departament Brovaridə güclü partlayış baş verdiyini bildirib. Daha sonra təyyarənin uşaq bağçasının yanına düşməsi məlum olub.
Helikopterin göyərtəsində daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin olub. Hər ikisi ölüb.
E.ŞİRİNOV