Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Almaniya kansleri Olaf Şolsun Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyanın uduzmasının vacibliyi ilə bağlı sözlərini şərh edib. O, onun sözlərini "anadangəlmə deformasiya" adlandırıb.

Bundan əvvəl Şols bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya hərbçiləri uğursuzluğa düçar olmalıdır. O, həmçinin Kiyevə lazım olan müddətdə dəstəyini davam etdirəcəyinə söz verib. Eyni zamanda, o, Almaniyanın "Leopard 2" tanklarının ölkəyə tədarükü ilə bağlı sualı cavablandırmaqdan yayınıb: "Biz bu məsələdə dostlarımız və tərəfdaşlarımızla əməkdaşlıq edirik və təkbaşına heç nə etmirik".

O da məlum olub ki, ABŞ tezliklə Ukraynaya ən böyük hərbi yardım paketlərindən birini elan etməyə hazırlaşır. Eyni zamanda qeyd edilir ki, hələlik onun xahiş etdiyi Kiyevə müasir tankların verilməsi nəzərdə tutulmur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN