Ötən gecə Ermənistanın Qeqarkunikin Azat kəndindəki hərbi hissələrindən birinin kazarmasında yanğın baş verib və nəticədə 15 hərbçi ölüb, 3-nün vəziyyəti ağırdır.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, hərbi hissələrdən birinin mühəndis-istehkam rotasının kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir", - bildirilib.
Ölən və yaralananlar haqqında hələlik ilkin məlumatlar var.
Ölkənin Müdafiə Nazirliyinin yaxın vaxtlarda əlavə məlumat verəcəyi bildirilir.
Y.MƏMMƏDLİ