Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə bildirib ki, lazımi sayda insan qismən səfərbərlik çərçivəsində təmin edilib.
Belə ki, o, Rusiya prezidenti Vladimir Putinin guya qismən səfərbərlik haqqında fərmanının fəaliyyətini davam etdirməsi ilə bağlı nəşrlərə münasibət bildirib.
"Biz prezidentin (səfərbərlik haqqında) dediklərini rəhbər tuturuq: qismən səfərbərlik çərçivəsində planlaşdırılan səfərbərlik sayı təmin edilib. Sonra hərbi xidmətə müntəzəm çağırış başlayıb. Prezident bu barədə bir neçə dəfə danışıb. Biz buna diqqət yetirməyi təklif edirik", - deyə Peskov vurğulayıb.
E.ŞİRİNOV