Rusiya silahlı qüvvələri Ukrayna ordusunun artilleriya mövqeyini açıb və Amerikanın HIMARS reaktiv yaylım atəş sisteminin buraxılış qurğusunu məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Rusiya ordusu yüksək dəqiqlikli silahlardan istifadə etməklə Dnepropetrovsk vilayətinin Marqanets kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 107-ci raket-artilleriya briqadasının bölməsinin müvəqqəti dislokasiya məntəqəsini vurub.
"Açıq atəş mövqeyinə endirilən zərbə nəticəsində Amerikanın HIMARS reaktiv yaylım atəşi sisteminin buraxılış qurğusu ekipaj və iki maşınla birlikdə məhv edilib", - Konaşenkov fikrini yekunlaşdırıb.
E.ŞİRİNOV