Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib ki, ölkə Ukrayna üzrə danışıqlarda vasitəçilik etdiyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizəd göstərilməsinin tərəfdarıdır.
Tezadlar.az xəbər verir ki, Türkiyəli həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransının yayımını diplomatın "Facebook" sosial şəbəkəsində əldə etmək olar.
Szijarto vurğulayıb ki, Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər "yeganə uğurlu"dur. O xatırladıb ki, Türkiyə lideri və xarici işlər naziri Mövlud Çavuşoğlunun səyləri sayəsində taxıl sövdələşməsi həyata keçirilib.
"Bu gün prezident Ərdoğanın Nobel Sülh Mükafatını alması təşəbbüsü ortaya çıxıb, çünki Ukraynada yeganə uğurlu vasitəçilik təcrübəsi onun adı ilə bağlıdır", - diplomat bildirib.
Bundan əvvəl Macarıstan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Bertalan Havaşi bildirib ki, Macarıstan və Türkiyə beynəlxalq ictimaiyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır.
E.ŞİRİNOV