booked.netbooked.net booked.net  

Ukraynanın Reni limanında 860 ton buğda olan Rumıniya barjı batıb - gəmi Konstansadan olan Rumıniya şirkətinə məxsusdur.

Bu barədə RİA Novosti Rumıniya mətbuatına istinadən yazır.

Bu, fevralın 4-də baş verib. Gəmi sahibinin sözlərinə görə, yükləmə əməliyyatları zamanı maşın otağına su axmağa başlayıb.

Beş rumıniyalı dənizçi xilas olsa da, gəminin batmasının qarşısını ala bilməyib.

İndi Rusiya, Ukrayna, Türkiyə və BMT arasında “taxıl dəhlizi” ilə bağlı razılaşma var. Razılaşma Odessa limanları da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracını nəzərdə tutur. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın əvvəlinə 2022-ci ilin iyulundan taxıl dəhlizinin istismarı zamanı Ukraynadan 17 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA