Avropa diplomatiyasının rəhbəri Josep Borrell dünyaya baxışının irqçi mahiyyətini gizlətməyi bilmir.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Fevralın 7-də o, Borrelin Rusiya nümayəndə heyətinin Afrika turu ilə bağlı sözlərini şərh edib. Bundan əvvəl o, Mali və Eritreyanı Rusiya üçün “asan ölkələr” adlandırmışdı.

Bundan əlavə, Borrell Rusiya tərəfini Afrika ölkələrində yalan məlumat yaymaqda ittiham edib.

"Bunu dünyaya baxışının irqçi mahiyyətini gizlətməyi bilməyən adam deyir", - Lavrov mətbuat konfransı zamanı diplomata cavab verib.

Xatırladaq ki, həmin günün əvvəlində Lavrov Maliyə işgüzar səfəri çərçivəsində Moskva ilə Bamako arasında hərbi əlaqələri müzakirə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN