Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin zəlzələdən zərər çəkmiş 10 vilayətində fövqəladə vəziyyət elan edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə çərşənbə axşamı Türkiyə telekanallarının efirində bildirib.
"Biz zəlzələdən zərər çəkmiş rayonları fövqəladə vəziyyət zonası elan edirik. Bu 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edilib", - o deyib.
Türkiyə lideri qeyd edib ki, “zəlzələnin nəticələrinə görə bu tədbirlər məcburidir”. Onun sözlərinə görə, fövqəladə vəziyyətin tətbiqi "tez və səmərəli axtarış-xilasetmə əməliyyatına zəmanət verir".
Ərdoğan ona verilən konstitusiya səlahiyyətlərini bölgələrdə rejimin dəyişdirilməsi üçün əsas adlandırıb.
E.ŞİRİNOV