Türkiyənin cənub-şərqində İsgəndərun limanında güclü zəlzələdən sonra baş verən yanğın nəzarət altına alınıb.
Tezadlar.az bildirir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu məlumat verib.
Xatırladaq ki, fevralın 6-da səhər tezdən Türkiyənin cənubunda 7,7 bal gücündə zəlzələ baş verib. İsgəndərun limanında baş verən zəlzələ nəticəsində yük daşıyan bir neçə konteyner aşıb, daha sonra güclü yanğın başlayıb.
Hazırda ölkənin müxtəlif şəhərlərindən olan xilasedicilər, eləcə də Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin aviasiya qüvvələri alovun söndürülməsi ilə məşğuldur. Helikopterlər və təyyarələr cəlb olunub.
E.ŞİRİNOV