Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ prezidenti Co Baydeni "strateji tərəfdaşlarının enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu" adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə siyasətçi Telegram-da yazıb.

Belə ki, Volodin Pulitzer mükafatı laureatı Seymur Herşin Amerika hakimiyyətinin "Şimal axını"nın pozulmasında iştirakı ilə bağlı araşdırmasına reaksiya verib. Jurnalistin sözlərinə görə, ABŞ ordusunun dalğıcları NATO Baltops 22 manevrlərinin pərdəsi altında qaz kəmərlərinin altına uzaqdan işə salınan partlayıcı qurğular yerləşdiriblər.

"Bu, öz vətəndaşlarının maraqlarını rəhbər tutaraq iqtisadiyyatı inkişaf etdirmək qərarına gələn vassallarının qorxuducu hərəkəti idi", - deyib Dövlət Dumasının spikeri.

Onun fikrincə, aşkarlanmış faktlar terror aktından zərər çəkmiş ölkələrə təzminat ödənilməklə, beynəlxalq təhqiqat və daha sonra Bayden və partlayışa görə məsuliyyət daşıyan digər şəxslərin mühakimə olunması üçün əsas olmalıdır.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreşin ofisi izah etmişdi ki, onlar "imal axını" qaz kəmərlərində partlayışların ABŞ tərəfindən törədildiyi barədə məlumatı təsdiq edə bilmirlər. Baş katibin müavini Farhan Haq bildirib ki, bütün təşkilat kimi onun da Seymur Herşin bəyanatını yoxlamaq imkanı yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN