Azərbaycan Milli Elmlər Akademiyası bir sıra "ekspert"lərin ölkədə gözlənilən zəlzələ ilə bağlı proqnozlarını təkzib edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən KİV-ə bildirilib ki, Azərbaycan sakinləri sosial şəbəkələrdə ölkədə gözlənilən zəlzələ ilə bağlı yayılan məlumatlara inanmasınlar - bunun heç bir əsası yoxdur. Seysmologiya Mərkəzindən bildirilib ki, Türkiyədə baş verən zəlzələdən sonra sosial şəbəkələrin Azərbaycan seqmentini və bir sıra yerli medianı bürümüş oxşar mesajlar təxribat xarakterlidir, rəsmilərin açıqlamaları izlənilməlidir.

"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər", - deyə AMEA-dan bildirilib.

AMEA əlavə edib ki, hazırda ölkədə seysmoloji vəziyyət seysmologiya mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən izlənilir və fon səviyyəsindədir.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir sıra bölgələrində 7.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 20 minə yaxınlaşıb. Çoxlu sayda yaralı var. Axtarış -xilasetmə əməliyyatları davam etdirilir və hər gün insan həyatı qurtarılır. Qardaş ölkədə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə guya ölkəmizdə də zəlzələ baş verəcəyi ilə bağlı təxribat xarakterli xəbərlər yayılmaqdadır. Və bununla da insanlar narahat edilir. AMEA-nın da açıqlamasında bildirildiyi kimi, narahatlığa heç bir əsas yoxdur!  

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN