Fövqəladə Hallar İdarəsi şənbə günü Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin sayının 20 665 nəfərə yüksəldiyini bildirib.
"Ölənlərin sayı 20 665 nəfərdir. 80 088 vətəndaşımız yaralanıb", - məlumatda deyilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yüzlərlə zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriyanın ən çox zərər çəkdiyi ölkənin on əyalətində və qonşu dövlətlərdə hiss olunub.
E.ŞİRİNOV