Norveç Ukraynaya səkkiz tank və 4-ə qədər döyüş dəstək maşını təhvil verəcək, həmçinin döyüş sursatı və texnika üçün ehtiyat hissələrinin alınması üçün vəsait ayıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.

"Biz Ukraynaya səkkiz tank və dördə qədər xüsusi təyinatlı maşın ötürmək qərarına gəldik. Köçürmə qərarı həm baş komandanla, həm də digər Avropa ölkələri ilə sıx dialoqdan sonra qəbul edilib. Ukraynadakı münaqişə kritik mərhələyə yaxınlaşır və onlar vaxtında və əsaslı dəstəkdən asılıdır. Biz həmçinin digər müttəfiq ölkələrlə birlikdə Ukraynanın tank ekipajlarının Polşada təlimini təşviq edəcəyik", - müdafiə naziri Byorn Arild Qram bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN