Polşa prezidenti Anjey Duda Ukraynadakı münaqişənin 2023-cü ildə bitəcəyinə şübhə etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Londona səfəri zamanı Sky News telekanalına müsahibəsində bildirib.
Polşa lideri hərbi əməliyyatların bu il bitəcəyini gözləyirmi? - sualına o, belə cavab verib: “Qorxuram ki, yox”.
O hesab edir ki, Rusiya Qərbin və NATO-nun münaqişədən yorulacağına ümid edir, bundan sonra onlar Ukraynaya dəstəyi dayandıracaqlar.
Fevralın 16-da Böyük Britaniyanın baş naziri Rişi Sunak və Polşa prezidenti Anjey Dudanın Ukraynaya yeni hərbi yardım haqqında razılığa gəldiyi bildirilib. Onlar Kiyevə tank tədarük edəcəklərini öhdələrinə götürüblər, lakin Polşa lideri Ukrayna hakimiyyətinin qırıcı təyyarələrin tədarükü ilə bağlı çağırışlarını xatırlayanda Britaniyanın baş naziri tərəddüd edib. Sunak eyni zamanda tərəflərin Ukraynanı qətiyyətlə dəstəklədiyini bildirib.
Duda cavabında Kiyevə göstərdiyi aydın köməyə və Polşanın təhlükəsizliyinə verdiyi dəstəyə görə Britaniya liderinə təşəkkür edib.
E.ŞİRİNOV