Kamçatka sahillərində zəlzələ baş verib.

Tezadlar.az mənbələrə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 6,1 olub.

Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda qeydə alınıb. Hazırda zəlzələnin episentrinin Kamçatkanın cənub-qərb sahilləri yaxınlığında (yerin 65 kilometr dərinliyində) yerləşdiyi məlumdur.

Yeraltı təkanların gücü barədə məlumat verilmir. Bundan əlavə, itkilər və mümkün dağıntılar barədə məlumat yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN